Niyə kövrəldin belə?
Gözlərini sildin
Üzünü gizləməklə
Nəyi gizlədə bildin?

Könlündəki bəllidir
ONU dilə gətirmə
Söz özü təsəllidir
Ümidini itirmə

Sev ürəyin tutunca
Sev, qorxma, sev doyunca
Özünü unudunca
Sev ömrün boyunca

Sevgim qanadsız quş kimi
Göya uçmaq istəyir
Arzuları yaşadır
Həqiqəti izləyir

Bir gün, bir saat, bircə an
Ömür sürsəm bəxtiyar
Sığmaz bu dünyalara
Könlümdəki arzular

Sev ürəyin tutunca
Sev, qorxma, sev doyunca
Özünü unudunca
Sev ömrün boyunca

Sev ürəyin tutunca
Sev, qorxma, sev doyunca
Özünü unudunca
Sev ömrün boyunca
    Página 1 / 1

    Letras y título
    Acordes y artista

    restablecer los ajustes
    OK