Cifra Club

Hino da RSS do Azerbaijão (1978-1992)

Hinos de Países

Aún no tenemos los acordes de esta canción.

Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz
Kommunizmin günəşilə nurlanacaq səhərimiz
Biz gedirik gələcəyə qaliblərin cərgəsində
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!
Odlar yurdu, bu ağ günlər el gücünün bəhrəsidir
Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir
Nəsillərdən-nəsillərə yadigardır dəyanətin
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz
Kommunizmin günəşilə nurlanacaq səhərimiz
Biz gedirik gələcəyə qaliblərin cərgəsində
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!
Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı
Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı
Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz
Qoy var olsun bu ittifaq - şanlı Sovet Vətənimiz!
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz
Kommunizmin günəşilə nurlanacaq səhərimiz
Biz gedirik gələcəyə qaliblərin cərgəsində
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Otros videos de esta canción
    0 visualizaciones

    Afinación de los acordes

    Afinador en línea

    Ops (: Contenido disponible solo en portugués.
    OK